Sadiq Qurbanov seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizədi Sadiq Qurbanovun aktiv, bir o qədər də maraqlı təbliğat-təşviqat kampaniyası davam edir.

Sabahinfo.az xəbər verir ki, Deputatlığa namizəd növbəti görüşünü Şabran rayonunun Qələgah və Ləcədi kəndlərinin sakinləri ilə keçirib .Sadiq Qurbanov bildirib: "Çox pozitiv düşüncəli bu insanlarla xeyli söhbət etdik.Onlar da dövlətimizdən çox razı qaldıqlarını bildirərək, az da olsa problemlərinin olduğunu da nəzərimizə çatdırdılar. Teyfur dayı,Məhəmməd kişi və Aynur xanım xeyir-dualarını bizdən əskik etmədilər.
Yaşa qədirbilən Azərbaycan xalqı !"