Seçicilər yenə də ona səs verəcəklərini dedilər - Fotolar

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Malik Həsənov kəndlərdə keçirdiyi çoxlu görüşlərdən sonra bu gün rayon mərkəzində növbəti dəfə seçicilərlə görüşüb.

Sabahinfo.az-ın verdiyi xəbərə görə, 67 saylı Cəlilabad Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınan M.Həsənov Cəlilabad şəhər sakinləri ilə görüşərək öz platformasını açıqlayıb və bunun ətrafında seçicilərlə müzakirələr aparıb. O, irəli sürdüyü məsələlərlə bağlı şəhər sakinlərinin təkliflərini dinləyib və səsləndirilən ideyalarla bağlı öz fikirlərini bildirib. Malik Həsənov uzun müddət bu dairənin deputatı olduğu üçün seçicilərini yaxşı tanıdığını, onların qayğılarını da, son illər sakinlər üçün görülən işləri də yaxşı bildiyini deyib.


Növbəti dəfə millət vəkili seçiləcəyi təqdirdə yenə də seçicilərinin yanında olacağını, abadlıq və quruculuq işlərinin davam edəcəyini əlavə edib. Sakinlər də Malik Həsənovun deputat fəaliyyətindən razı qaldıqlarını, bu dəfə də seçkidə onu dəstəkləyəcəklərini bildiriblər.


Qeyd edək ki, Malik Həsənov IV və V çağırış Milli Məclisin deputatı, Milli Məclisin Regional Məsələlər Komitəsinin və İntizam Komissiyasının üzvü olub.