Fevralın 24-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında VasifTalıbov yenidən qurumunsədri seçilib.
Oxu.Az-ın məlumatına görə, sessiyada çıxış edən Vasif Talıbov Ali Məclisin deputatlarına təşəkkürünü çatdırıb.
"Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər bir daha təsdiq etdi ki, ulu öndər Heydər Əliyev siyasi xətti Azərbaycanın inkişaf, sabitlik və rifah yoludur”,- deyə Vasif Talıbov əlavə edib.