Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədiləBabək rayonunda icbari tibbi sığorta tətbiq edilməlidir.
Sərəncamla Babək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib.
Qeyd edək ki, V.Talıbov bundan əvvəl Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalamışdı.
Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları2019-cu il dekabrın 1-dən 50 faiz artırılıb.