Zabelinin seçildiyi dairədə yeddi məntəqənin nəticələri ləğv edildi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 34 saylı Xətai İkinci Seçki Dairəsi üzrə daxil olan müraciətlərə baxılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov qurumun iclasında bildirib.

İ.Şahbazov deyib ki, müraciət edən şəxslər pozuntulara dair 35 protokol və videogörüntü təqdim ediblər.

"Bu protokollardan yalnız səkkizi orijinal, digərləri isə surəti çıxarılan olub. Araşdırma nəticəsində həmin dairənin yeddiməntəqəsinin nəticələrinin etibarsız hesab olunması üçün məsələ qaldırılıb”, - deyə İ.Şahbazov bildirib.

İclasda müzakirələrdən sonra yeddiseçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, həmin dairədə lider namizəd Mixail Zabelindir.