Ağdaşlılar Ulu Öndərin amallarına sadiq insanlardır - FOTO

Təbliğat-təşviqat kampaniyası çərçivəsində 90 saylı Ağdaş seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Cavid Osmanovun rayon seçiciləri ilə görüşləri davam edir. Növbəti görüşlər rayonun Gürcüva, Qaradağlı və Mürsəl kəndlərində keçirilib.

Görüşlər Cavid Osmanov seçicilərinin onu səmimi qarşılamaları və göstərdikləri dəstəyə görə minnətdarlığını çatdırıb. Ona göstərdikləri dəstəyin cavabsız qalmayacağını, hər zaman olduğu kimi yenə də onların yanında olacağını qeyd edən Cavid Osmanov bildirib ki, ağdaşlılar vətənsevər, dövlətə, ulu öndər Heydər Əliyevin amallarına sadiq insanlardır və bundan sonra da belə olacaqdır. Seçkilərdə yenidən Ulu Öndərin qurucusu olduğu partiyanın namizədi kimi iştirak etdiyi üçün fəxr etdiyini vurğulayan Cavid Osmanov V çağırış Milli Məclisin deputatı kimi fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb. Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri haqqında ətraflı məlumat verən C.Osmanov qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır: "Elə bu səbəbdən də xalqımız birmənalı olaraq cənab Prezidentimizin həm daxili, həm də xarici siyasətini hər zaman müdafiə edir. Dövlət başçısımız da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.”



Təbliğat-təşviqat qrupunun üzvləri Tənzilə Şıxıyeva, Sevgili İbrahimova və İsmayıl Xuduyev çıxış edərək bildiriblər ki, Cavid Osmanovun növbəti dəfə 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizəd olması partiyamızın ona olan etimadının nümunəsidir. Görüş iştirakçılarına Cavid Osmanovun tərcümeyi-halı, fəaliyyəti, ötən 3 il ərzində deputat kimi gördüyü işlər haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, sıralarında 750 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyası parlament seçkilərinə böyük inamla gedir və onlar seçiciləriinkişafa, yeniliyə, ictimai-siyasi sabitliyə-"Daha güclü Azərbaycan naminə” şüarlı Yeni Azərbaycan Partiyasına və onun namizədi Cavid Osmanova səs verməyə çağırıblar.


Çıxış edən seçicilərdən Gürcüva kənd sakinləri Mirzə Hacıyev, Firidun Mirzəliyev, Məhəmməd Hüseynov, Qaradağlı və Cücük kənd sakinləri Elxan Abdullayev, Əhmədiyar İsgəndərov, Həcər Rəsulova, Akif Musayev və Mürsəl kənd sakinləri Leonora Məhərrəmova, Toğrul Abdullayev bildiriblər ki, onlar Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti tam dəstəkləyirlər və Ağdaşda keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cavid Osmanova səs verəcəklər.