Azərbaycanın hüquqi dövlət olduğuna heç kim şübhə ilə yanaşa bilməz

Azərbaycanda koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün başda dövlət başçısı İlham Əliyev olmaqla hökumət öz öhdəsinə düşən işləri davamlı və layiqincə görür. Artıəq görülən işlər nəticəsində xəstəliyin qarşısının alınması sahəsində ciddi irəliləyişlər əldə olunub. Ölüm sayının az olması buna bariz nümunədir. Ancaq görülən bütün bu işlərin fonunda toy və yas mərasimlərinin keçilməsi qadağasının əksinə hərəkət edən, və bu cəmiyyətə reklam edən bəzi məmurların hərəkəti  təbii ki cəmiyyətdə ikrah hissi oyadır. Artıq hüquq-mühafizə orqanları bu istiqamətdə addım atıb. Bu bir daha onu deməyə əsas verir ki. cənab prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərdə əsas diqqət Azərbaycan vətəndaşına yönəlib. Qanunlar qarşısında sadə vətəndaşlar olduğu qədər məmur və hər bir azərbaycanlı bərabərdir. Heç kim-heç kimdən artıq deyil. 

Ədil Ədilzadə 
Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri