Müzəffər Azərbaycan Prezidenti, Qalib Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı və rəhbərliyi altında şanlı ordumuz
tərəfindən Azərbaycanın tarixi şəhəri
və mədəni paytaxtı, Qarabağın
tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük
qələbənin qazanılması Azərbaycan xalqının tarixində yeni bir əbədi tarix yazdı.
Bu tarixi Zəfər İkinci Dünya Müharibəsindən
sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir.
Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən
30 ildən sonra azad edilməsini reallaşdırdı. və 1 milyona yaxın Azərbaycan
vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.
Bu böyük tarixi qələbə münasibətilə Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla
bütün xalqımızı təbrik edirəm. Prezidentimizin bu tarixi qələbənin
qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər
birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan ordusunun qəhrəman
əsgər, çavuş, gizir, zabit və generallarının yüksək peşəkarlığa, qibtə olunacaq
Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi və sübut
etdi. Digər tərəfdən isə əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və
taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən,ikiüzlü,
utanmaz Baş naziri Nikol Paşinyanın və
erməni xalqının iç üzünü açıb bütün dünyaya göstərdi.
Artıq gec olsa da beynəlxalq ictimaiyyət anladı və
başa düşdü ki, Azərbaycan xalqı haqq işi uğrunda apardığı mübarizədə tam
haqlıdır. Eyni zamanda, bu qələbədən sonra Birləşmiş Millətlər Təşkilatının,
ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin
qorunmasında və bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda
isə haqqı nahaqqa verdiklərini tam sübut
etdi. Həmçinin regional problemlərin həllində qonşu ölkələrin oynadığı mühüm
rolu önə çəkdi. Dünyada artmaqda olan böhranların və regional toqquşmaların
müsbət həll edilməsində Türkiyə-Rusiya münasibətlərinin əvəzolunmaz rolunu və
dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq etdi.
Üçrəngli bayrağımızın 44 gün ərzində Cəbrayılda.
Horadizdə, Füzulidə, Zəngilanda, Şuşada, 300-ə yaxın yaşayış məntəqələrimizdə
və ən mühüm strateji yüksəkliklərimizdə dalğalanması Ali Baş Komandanımız İlham
Əliyev cənablarının yüksəkvə məğlubedilməz sərkərdəlik qabiliyyətinin,
ordumuzun, xalqımızın qırılmaz gücünün, möhkəm iradəsinin, monolit birliyinin
və vəhdətinin çox parlaq və sönməz bir nümunəsidir. Heç şübhəsiz bu şanlı,
tarixi qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız
tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq və heç vaxt
unudulmayacaqdır.
Doğma
torpaqlarımızın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının öz ərazi
bütovlüyünü bərpa etməklə siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və
yüksəltməyə imkan verəcəkdir. Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda
mədəniyyət mərkəzi olmasını tez bir
zamanda sübut edəcək. Eyni zamanda, bu
rayonlar zəngin və tükənməz təbii ehtiyatları ilə beynəlxalq ticarət və turizm
mərkəzinə çevriləcəkdir.
Bu
böyük tarixi Zəfər günü münasibəti ilə dövlətimizin
Qalib sərkərdəsi və Prezidenti İlham Əliyev cənablarını, müzəffər və şanlı
ordumuzu, bütün Azərbaycan
xalqını təbrik edirəm. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın
birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz
xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin
nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız
işğaldan azad edildi.
İnanıram ki Azərbaycan xalqının birliyi
nəticəsində işğaldan azad olunan bütün rayonlarımız müzəffər Prezidentimizin
rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən
qurulacaq, bütün insanlar isə öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da
inkişaf etməsinə və çiçəklənməsinə öz layiqli töhfələrini verəcəklər.
Möhtərəm prezidentimiz İlham Əliyev
cənablarının bir neçə gün əvvəl Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi
qulluqçularımızla görüşündə qeyd etdiyi kimi bu qələbənin qazanılmasında şanlı
və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə
də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə
minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir
zamanda sağalması və dinc həyata qayıtması üçün hər şeyi edəcəkdir.
Yaşasın qalib Azərbaycan Prezidenti və müzəffər Azərbaycan
Ordusu!
Bir
daha tarixi Zəfərimiz və şanlı Qələbəmiz mübarək olsun!
Səbinə XASAYEVA
Milli Məclisin deputatı