Çibir kəndində görüş

Deputatlığa namizəd Azər Badamov təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşlərini davam etdirir. Namizədin növbəti görüşü Çibir kəndində olub. 

A.Badamov qeyd edib ki, Çibir seçiciləri fəaliyyətimi izlədiklərini və düzgün seçim etdiklərinə görə fəxr etdiklərini bildirdilər. Ölkənin inkişafı, kənddə reallaşmış sosial infrastruktur layihələri və mövcud problemlər ətrafında geniş müzakirələrimiz oldu. 

Görüş çox maraqlı keçdi və sonda hamılıqla 9 fevralda YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.