Milli Məclisə seçkilərdə 32
saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi
Afət Həsənova Əmircan qəsəbəsi Azad Tədris Mərkəzində seçicilərlə görüşüb.
Bakı. Milli Məclisə seçkilərdə
32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi
Afət Həsənova Əmircan qəsəbəsi Azad Tədris Mərkəzində seçicilərlə görüşüb.
Trend-in məlumatına görə, Afət Həsənova əvvəlcə ölkədə həyata keçirilən uğurlu
siyasət və əldə olunan nailiyyətlər haqqında məlumat verdi. O, təhsil, səhiyyə
və mədəniyyət sahəsində islahatların gələcəyimiz üçün atılmış strateji addım
kimi qiymətləndirdi. Görüşdə Afət Həsənova həmçinin özü haqqında danışıb,
seçiciləri maraqlandıran sualları cavablandırdı, qaldırılan məsələlərin müsbət
həlli istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Görüşdə istirak edənlər
ölkəmizdə həyata keçirilən uğurlu islahatlarda, Respublikamızın dinamik
inkişafında Yeni Azərbaycan Partiyasının fəaliyyətini yüksək qiymətləndirdiklərini
və 9 fevral Milli Məclisə seçkilərdə yekdilliklə 32 saylı Suraxanı Üçüncü seçki
dairəsindən həmin partiyanın namizədi Afət Həsənovaya səs verəcəklərini
bildirdilər. Afət Həsənova, həmçinin təbliğat - təşviqat kampaniyası çərçivəsində
"Suraxanı OYL Opereyşn Kompani S.A.” əməliyyat şirkətinin Azərbaycan
Respublikasındakı nümayəndəliyinin kollektivi ilə görüşüb. Deputatlığa namizəd
müstəqillik qazandıqdan sonra ölkəmizdə aparılan geniş miqyaslı islahatların cəmiyyətimizin
yüksək sosial – iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratdığını, ölkədə
investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atıldığını, dövlət
idarəçiliyinin müasir meyarlarauyğunyenidənqurulduğunuvurğuladı. O, neft
sektorunun və neftçilərin ölkəmizin həyatındakı önəmli rolundan da danışdı. Özü
barədə də məlumat verən deputatlığa namizəd Afət Həsənova hər zaman vətəndaşın
yanında olacağını, Yeni Azərbaycan Partiyasının və seçicilərin etimadını
doğrultmaq üçün səylə çalışacağını bildirdi. Görüşdə iştirakçıları
maraqlandıran suallar cavablandırıldı, onların təklif və problemlərinin
qeydiyyatıaparıldı. Daha sonra çıxış edən "Suraxanı OYL Opereyşn Kopmani” əməliyyat
şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliynin icraçı direktoru Arzu
Sarıbalayev rayonda fəaliyyət göstərdiyi müddətdə Afət Həsənovanın hər zaman vətəndaşlara
dəstək olduğunu vurğuladı. Səmimi şəkildə keçən görüşdə neftçilər 9 fevral
Milli Məclisə seçkilərdə məsuliyyəti və işgüzarlığı ilə seçilən Afət Həsənovaya
bir mənalı olaraq səs verəcəklərini bildirdilər.