Fərhad Bədəlbəyli: “Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə...”

"Bəzi adamlar deyirlər ki, koronavirus boş şeydir, inanmayın. Amma bu, düzgün yanaşma deyil”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Koronavirusla Mübarizəyə dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli bildirib.

O qeyd edib ki, bu böyük bir bəladır:

"Bu xəstəliyə ciddi yanaşmaq lazımdır. Bəziləri telekanallarda əyləncə verilişlərinin verilməsindən danışırlar. Bu gün bizə ciddi kliplərlazımdır. Əyləncə məsələsi sonraya qalsın”.

F.Bədəlbəyli əlavə edib ki, bu gün telekanallarda ciddilik çatmır:

"Fondun əsas işi təbliğat olacaq. Fondahər kəs ödəniş edib. Bu1 manat da, 15 manat da, 15 min manat da olub. Əgər Fondun bir qəpik pulu lazım olmayan yerə getsə, bütün azərbaycanlılara təhqir olacaq”.