İyulun
12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini
kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi
atəşə tutublar. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində
isə düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər
yetirilib. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb, Ermənistanın
təxribatna qətiyyətli cavab verilib. Bu deyilənlər əyani olaraq bir daha sübut
edir ki, Azərbaycanın güclü ordusu var. Həmən gün ərzində Sosial şəbəkələrdə
Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi
bölmələrinin mövqeyinə güclü zərbələr endirib, nəticədə düşmənin texnikası və
canlı qüvvəsi məhv edilib. Qeyd etdiyimiz tarixdə Ermənistan silahlı qüvvələrinin
atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə
dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin
mövqelərinə hücum etməsi təcavüzdür. Tarix boyu dəfələrlə Ermənistan tərəfindən
atəşkəs rejiminin pozulmuşdur. Bu hadisələrdən biri də elə yaxın keçmişdəki
"Aprel döyüşləri” yaxud digər adıyla desək, "beşgünlük müharibə” idi. Bu hadisə
də Ermənistanın atəşkəsə əməl etmədiyini, onun təcavüzkar olduğunu göstərdi.
Aprel döyüşləri Azərbaycana torpaqların hərbi yolla işğaldan azad etmək üçün
"yaşıl işıq" da yandırdı, bunu reallaşdırmaq üçün Azərbaycanın hər
cür imkanı olduğu nümayiş etdirildi. Eyni zamanda Azərbaycan cəmiyyətinin də
işğal faktını çox uzanmasından narahat olduğu üzə çıxdı. Ona görə də ilk növbədə
münaqişənin dinc yolla həllinin tərəfdarı olub atəşkəs rejiminin
pozulmamasından ötrü canfəşanlıq edən və təcavüzkar Ermənistana bir dəfə də
olsun həddini bildirməyən beynəlxalq vasitəçiləri ittiham edirlər. Aprel döyüşləri
sübut etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan Ermənistanı
və havadarlarını Azərbaycan hərbi yolla cəzalandıra, işğalçı siyasətdən çəkindirə
bilər. Habelə iki il əvvəl keçirilən hərbi əməliyyatlar bir daha təsdiqlədi ki,
Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir. İyulun 12-də baş
vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə
hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq mərd, igid və
qorxmazcasına cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan
azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətinə vətənpərvərlik
hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Bir daha Xalqımızın qorxmaz
olduğu görüldü. Lakin hal-hazırkı dövrdə 1990-cı illərin əvvəlləri deyil ki,
nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək
məcburiyyətində qalsınlar. Ordumuz yetərincə güclüdür və lazımi silah-sursatla
təmin olunmuşdur. Arzuolunmaz xaotik təşəbbüslər, gözlənilməyən hallar yalnız və
yalnız düşmənlərimizi sevindirər. Əvvəldə qeyd etdiyimiz hal zamanı düşmənlərimiz
ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə
imkanı yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha
sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə
yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan,
dediyimiz kimi, güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri
ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən
torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Möhtərəm Cənab
Prezident hadisəylə bağlı demişdir: "Dünən və bu gecə düşmənə adekvat cavab
verilib. Hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Şəhidlərimizin
qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü
qoruyacağıq və düşmənə öz yerini göstərəcəyik.”
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi