İcra strukturlarında və digər dövlət orqanlarında insanları get-gələ salmaq doğru deyil - DEPUTAT

"Xalqın hökumətə inanması, dövlətlə bir olması eləcə də millətin dövlətlə bir olması məmurların apardığı siyasətdən asılıdır".

Bunu Sonxeber.az-a açıqlamasında deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, xalqda inamsızlığı yaradan məmurdur:
"İcra başıcıların və bəzi nazirliklərin, icra strukturların, komitələrin nümayəndələrinin rüşvətlə tutulması və cəzalandırılması bir daha sübut edir ki, qanunsuzluqlara yol verən hər kəs layiq olduğu cəzanı alacaqdır.

Cənab prezidentin son dövrlər apardığı islahatları hər kəs görür. İcra başçısı təyin edilərkən onlara xalqla bir yerdə olmaq, insanların peroblemləri ilə maraqlanmaq operativ həll edilməsi istiqamətində addımların atılması tapşırılır.

Bundan əlavə cənab prezident vətəndaşlarımıza müraciət edərək bildirir ki, səlahiyyətindən sui-istifadə edən şəxslər barəsində dərhal məlumat versinlər. Bu yaxınlarda yeni Təhsil naziri təsdiq olundu. Yeni Təhsil naziri Emin Əmrullayevin bir-iki çıxışına qulaq asdım. Doğurdan da gənc olmasına baxmayaraq çıxışlarında təhsil haqqında verdiyi məlumatlarda görünür ki, onda yalandan tərifləmək yoxdur. Çünki Təhsil naziri təhsil siyasətindən və gələcəkdə dövlət siyasətinə verəcək töhfələrdən danışmalıdır. Yəni 1 il ərzində nazirlik tərəfindən görüləcək işlərdən və təhsildə yaranacaq fərqlər barəsində məlumat verməlidir. Jurnalistlərin yeni Təhsil nazirinə verdiyi suallar və onun verdiyi cavablar məni çox qane etdi.
Sevinirəm ki, təhsilimiz gələcəkdə inkişaf edəcək. Ona görə də islahatlarların aparılması vacib məsələdir.

Deputat vurğulayıb ki, bəzi icra başçılarının və onların yerlərdəki nümayəndələrinin etdikləri özbaşınalıqlar dövlələtin apardığı uğurlu siyasətə kölgə salmaq idi:

"Bölgələrdə təəssüf ki, bir çox insanlarımız bu tendensiyanın qurbanı olublar. Bizdə 6 icra başçısı tutulub. Onlarla yanaşı Mədəniyyət Nazirliyində və başqa dövlət qurumlarında baş verən həbslər heç də ürək açan deyil".

Parlament seçkilərində insanların söylədiyi problemlərin hər biri yerində həll edilə bilərdi. İcra strukturlarında və digər dövlət orqanlarında insanları get-gələ salmaq doğru deyil. İnsanların get-gələ salınması gələcəkdə müəyyən problemlərə yol açır. Bu probelmlərin aradan qaldırılması istiqamətində cənab prezidentin apardığı islahatlar öz bəhrəsini verməkdədir. Düşünürəm ki, bu islahatlar davam edəcək".