78 saylı Lerik seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədiİqbal Məmmədovun seçiciləri ilə növbəti görüşünü keçirib.
YAP-ın namizədibu gün rayonun 12 kəndini özündə birləşdirənOsyodərə və Züvüç inzibati ərazi vahidinin seçiciləri ilə görüş keçirib.
Görüş iştirakçıları əvvəlcə 20 Yanvar hadisələrində və eləcədə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan YAP Lerik rayon təşkilatının sədri Cəlil Baxşıyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.
Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:
"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".
"Ölkəmizin inkişafında misilsiz xidmətləri olan YAP keçirilən bütün seçkilərdə qələbə qazanıb. Xalq-iqtidar birliyinin, həmrəyliyinin olması bu qələbələrin qazanılmasına əsas verir və bu etibarın, inamın qazanılması da Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin yorulmaz, məqsədyönlü siyasəti nəticəsində mümkün olub. İnanıram ki, seçicilərimiz YAP-ın irəli sürdüyü "Daha güclü Azərbaycan naminə” olan platformasını dəstəkləyəcək və Azərbaycanımızın gələcək inkişafında İlham Əliyevin yürütdüyü siyasətə töhfələrini verəcəklər."
Tədbirdən sonra kənd ağsaqqalları ilə fərdi qəbul keçirilib. Onları narahat edən məsələlər müzakirə edilib.