Məzahir Pənahov: "Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır"

Namizədlərin hamısına bərabər şərait yaradılmalıdır.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, yerli hakimiyyət orqanları namizədə köməklik edirsə, bu məsələ araşdırılmalıdır: "Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir".

trend.az