Məzahir Pənahov: “Özünüzü təbliğ edin, amma bizi gözdən salmayın”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov çağırış edib.

Oxu.Az-ın məlumatına görə, M.Pənahov bəzi deputatlığa namizədlərə müraciət edərək deyib ki, onlar özlərini təbliğ edə bilərlər.

Bununla belə, o bildirib:

"Özünüzü təbliğ edin, amma bizi də gözdən salmayın”, - deyə M.Pənahov əlavə edib.

Onun sözlərinə görə, MSK-ya daxil olan müraciətlərin hamısına baxılır.