Milli Məclis Ali Baş Komandan və xalqa müraciət edib.
Sabahinfo.az -ın məlumatına görə, müraciətdə qeyd olunur ki, son 100 ildən artıq dövürdə Ermənistan Azərbaycan xalqına qarşı işaalçılıq və soyqırım siyasəti həyata keçirib.
Sovet İttifaqı dağıldıqdan sonra geniş miqyas almış işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bir milyondan artıq soydaşımız öz torpaqlarından didərgin düşüb, xalqımıza qarşı qətliam və soyqırımlar həyata keçirilib, xalqımıza qarşı dünyanın ən qanlı soyqırımlarından biri olan Xocalı soyqırımı həyata keçirilib.
Xalqımıza qarşı etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət ümummmili lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra təşkil edilib.
Azərbaycan daim sülh prosesinə sadiqlik nümayiş etdirib, bütün tkliflərə anlayışla yanaşıb. Təşssüf ki, Ermənistanın qeyri-konstruktiv siyasəti nəticəsində bu təkliflər heş bir nəticə verməyib.