MSK bu dairələrdən daxil olan şikayətlərə “YOX” dedi

Milli Məclisə seçkilərlə əlaqədar 73 saylı Lənkəran Şəhər, 121 saylı Laçın, 98 saylı Şəmkir Seçki dairələri üzrə daxil olan şikayətlərə baxılıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının iclasında bildirilib.

Məlumat verilib ki, adıçəkilən seçki dairələri üzrəmüraciətlər qanunla müəyyən olunmuş vaxtda daxil olmayıb.

Buna görə dəşikayətlər geri qaytarılıb.