Nurlana Quliyeva seçiciləri ilə görüşlərini davam etdirir - FOTOLAR

15 saylı Yasamal birinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Nurlana Quliyevanın təbliğat-təşviqat kampaniyası yüksək ruhla davam edir.

Sabahinfo.az xəbər verir ki, seçicilərlə görüşən Nurlana Quliyeva bilirib ki, görüşlərimiz çox səmimi şəraitində davam edir: "Əhalinin dövlət başçımız cənab İlham Əliyevə dərin sevgisinin və məhəbbətinin şahidi oldum. Bu səmimi münasibətdən qürur hissi keçirtdim. Bir daha hər bir seçicimə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıram".

Çıxış edən seçicilər, ağsaqqallar və ziyalılar seçkilərdə fəal olacaqlarını dilə gətiriblər.