Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Minskdə keçirilən geniştərkibli iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Silahlı Qüvvələri ilə son döyüşlərdə məğlub olduqlarını etiraf edib.
Trend-in məlumatına görə, erməni Baş nazir Prezident İlham Əliyevin qeyd-şərtsiz qələbəsini qəbul edib.
Paşinyan bildirib ki, sülh danışıqlarına alternativ variant yoxdur. O qeyd edib: "Münaqişənin güc yolu ilə həlli yoxdur və sülh danışıqlarına alternativ mövcud deyil”.