Putin: Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub

Beynəlxalq hüquqa görə, Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub.

Trend-in məlumatına görə, bunu "Rossiya-24" telekanalına müsahibəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz: "Heç kim Ermənistana təcavüz etmir."