Razi Nurullayev İmişlinin 3 kəndində seçicilərlə görüşüb - FOTOLAR

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Deputatlığa namizədlər seçki dairəsinin ərazisinə daxil olan kənd və qəsəblərdə seçicilərlə görüşlər keçirir. 79 saylı İmiş seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayevin seçicilərlə görüşlərini uğurla davam etdirir.


Sabahinfo.az xəbər verir ki, Razi Nurullayev bu gün rayonun 3 kəndində görüşlər keçirib."Qulubəyli, Çahar və Gövhərli kəndlərində olduq. Görüşlərimiz davam edir. İmişlilər isə artıq seçimini edib. Yaşasın Azərbaycan!”-bunu özünün "Facebook” səhifəsində R.Nurullayev qeyd edib.