Razi Nurullayev rəqiblərinə səsləndi: “İstəyirsiniz, insanlardan xahiş edim ki, onlarla şəkil çəkdirəsiniz”-FOTOLAR

79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd Razi Nurullayev Yalavac, Rəsullu və Məhəmmədli kəndlərində görüşlər keçirib.

Sabahinfo.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə də "uşaq pulu”, pensiya yaşı, sosial kreditlər, ünvanlı sosial yardımın ədalətsiz bölüşdürülməsi, işsizlik və digər məsələlər barədə danışıb.


O, rəqiblərinə də müraciət edib:"İnsanlar bilir ki, mənim sərbəst, konkret və proqram xarakterli çıxışlarımın arxasında konkret iş, əməl durur. Biz sözü küləyə atmırıq. Digər namizədlərə də cansağlığı və möhkəm iradə arzulayıram. Onlara səbr və dözüm diləyirəm. Dözümlü olun, istəyirsinizsə, mənə görə toplaşan insanlardan xahiş edim ki, dağılışmasınlar, sizi də dinləsinlər və imkan yaratsınlar ki, şəkil çəkdirəsiniz”.