Razi Nurullayevin uğuru “Yurd” sədrini qıcıqlandırır: Əli Kərimli trol təxribatlarını seçkiyə yönəltdi

Parlament seçkiləri ilə bağlı təşviqat kampaniyası davam edir.

Seçki kampaniyası cəmiyyətdə siyasi fəallığı artırıb. Xüsusilə seçkinin son ongünlüyü gərgin keçir. Seçki yaxınlaşdıqca, rəqiblər arasında mübarizə də gərginləşir. Ölkəboyu xeyli sayda seçki dairələri var ki, həm seçicilərin, həm də namizədlərin aktivliyi diqqəti çəkir.

Belə dairələrdən biri də 79 saylı İmişli Seçki Dairəsidir. Buradafavorit namizəd Razi Nurullayevdir. Razi Nurullayev dairəyə daxil olan bütün ərazilərdə olub. 28 kənddə görüş keçirib. Rayon mərkəzində isə görüşləri hələ də davam edir. R.Nurullayev seçki platformasında namizəd olduğu rayonun əhalisini deyil, bütövlükdə ölkə vətəndaşlarınımaraqlandıran problemlərin həllinə çalışacağını qeyd edir. "Uşaq pulu”nun bərpası, sosial müavinətlərin ədalətli təyini, işsizliyin aradan qaldırılması, təhsildə və səhiyyədə rüşvətə son qoyulması, turizmin inkişafı, kirayə mənzillər layihəsinin və ipoteka kreditlərinin kasıb təbəqədən olan insanlar üçün əlçatan olması, gömrükdə şəffaflıq, sığorta sisteminin işlək və ədalətli olması, "Kəndə qayıdış” layihəsi və digər məsələlər Razi Nurullayevin önəm verdiyi, daim diqqətdə saxladığı məsələlərdəndir. R.Nurullayev 5 ilə yaxındır ki, bu problemlərin həlli ilə bağlı təkliflər verir. Bu təklif və təşəbbüslər media vasitəsi ilə ictimaiyyətin müzakirəsinə çıxarılıb, aidiyyati dövlət qurumlarına göndərilib. R.Nurullayev bu platforma ilə istənilən dairədən deputat seçilə bilər. Ancaq R.Nurullayev namizədliyini doğulub boya-başa çatdığı İmişlidən irəli sürüb. Onu İmişlidə tanıyır, öz doğmaları hesab edirlər. R.Nurullayev bu bölgədə yaşayan insanların problemlərini və həlli yollarını bilir. Çünki özü də uşaqlıq və gənclik illərində İmişlidə yaşayıb, o problemlərlə gündəlik həyatında rastlaşıb. Seçkiyə 1 həftə qalmış artıq 79 saylı dairənin favoriti bəllidir. Bunu R.Nurullayevin keçirdiyi görüşlərdə də aydın görmək olur.

Bunu həzm edə bilməyən bir sıra siyasi rəqiblər dözümsüzlük göstərir, R.Nurullayevin görüşlərini pozmağa çalışırlar. 19 oktyabr iflasından sonra "qınına çəkilmiş”, depressiya dövrünü yaşayan "Yurd” lideri Əli Kərimli də uğursuzluğunun heyfini başqalarından, uğurlu siyasət aparandan çıxmağa çalışır. Razi Nurullayevin seçicilərlə görüşü zamanı onun təxribatçı dəstəsi görüşlərə mane olmağa cəhd edir. Əhaliyə çağırış edirlər ki, görüşlərə qatılmasınlar. Amma həmin təxribatçı dəstələr hər zaman bu çağırışlarının əksiylə qarşılaşırlar. Seçicilər görüşə axın-axın gəlir və dəstəklədikləri namizədin də məhz Razi Nurullayev olduğunu bəyan edirlər. Kərimlinin təxribatçı qrupları bu dəstəyi görüb daha da pəjmürdə olub."Biz seçkiləri boykot etmişik”,- deyən Əli Kərimli bütün gücünü işə salıb, Nurullayevin kampaniyasına mane olmağa çalışır. Əldə olan dəqiq məlumatlara görə, bu adamlar onun təlimatlandırdığı şəxslərdir. Seçkiyə qatılmayan Əli Kərimli indiki halda ümumi anlamda siyasi rəqib hesab etdiyi YAP-ın namizədinin İmişlidən deputat seçilməsinə razıdır, təki Razi Nurullayev parlamentdə təmsil olunmasın. Göründüyü kimi, Əli Kərimli burada da ancaq şəxsi eqosunun təmininə çalışır.

"Yurd” lideri istər virtual məkanda, istərsə də digər vasitələrlə trol şəbəkəsinə Razi Nurullayevin seçki kampaniyasına mane olmaq əmri verib. Bu əmrə əsasən, seçicilərlə canlı görüşlərdə təxribatlar törədilməli, sosial şəbəkələrdə "qara piar” kampaniyası aparılmalıdır. Lakin hələ ki, birincini bacarmırlar. Görüşlərdə təxribat törətmək cəhdi səmərə vermir. Təxribatları həyata keçirmək üçün Bakıdan xüsusi hazırlanmış təxribatçı dəstə də İmişliyə göndərilib. Görünür, siyasi aqoniya dövrünü yaşayan Əli Kərimli siyasi proseslərin kənarında qaldığını həzm edə bilmir. Lakin bir şeyi unudur ki, onun artıq siyasi proseslərə təsir imkanları xeyli aşağı düşüb. Etdiyi bütün təxribatlar hədəfə aldığı namizədin xeyrinə işləyir. Əli Kərimli siyasi uğursuzluğunu öz yanlış siyasətində axtarsa yaxşıdır. Sosial şəbəkələrdə trol ordusu saxlayıb özünü "ana müxalifət lideri” təyin etdirmək olar. Xalqla, seçicilərlə canlı təmas isə fərqli bir şeydir. Razi Nurullayevin xalqla uğurlu təması, problemləri çəkinmədən dilə gətirməsi, seçicilərin müsbət rəyini alması Əli Kərimlini narahat edir. Ancaq cin şüşədən çıxıb. "Yurd” liderinin müəyyən etdiyi "müxalifət çərçivələri” artıq dağılıb. Sadə xalq kimin kim olduğunu artıq yaxşı bilir.Artıq cəmiyyətdə kim "xarici səfirliklərin müxalifəti"dir, kim real müxalifətdir, bəllidir. Atalar misalı var- sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Bu yanlış siyasətin, bu lüzumsuz qısqanclığın zərəri "Yurd”a, Milli Şuraya dəyəcək. Bir azdan bu qurumlarda Əli Kərimlinin sadiq trollarından başqa kimsə qalmayacaq.


Cebhe.info