Siyavuş Novruzov deputatlara irad tutdu

"Burada həmkarlarım arzu və istəklərini bildirirlər. Bir şeyi xatırlatmaq istəyirəm ki, deputatları seçici seçir. Seçici növbəti seçkilərdə kimi parlamentdə görmək istəsə, onu da seçəcək”.


Modern.azxəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov parlamentdəki çıxışı zamanı deyib. O qeyd edib ki, deputatlar ancaq arzu və istəklərini bildirə bilərlər:


"Namizəd kreativ olsun, xarici dil bilsin, müasir olsun və s. Bunlar ancaq bizim arzumuz ola bilər. Arzularımızın reallaşmasını isə seçici müəyyənləşdirəcək. Son zamanlar mətbuatda, televiziyada da istiqaməti dəyişməyə çalışırlar. Ona görə də istiqaməti düz götürək və bunu da insanlara düz izah edək. Ən son sözü təbii ki, seçici deyəcək”.


Spiker Oqtay Əsədov isə deputata belə cavab verib: "İnanmıram ki, kimsə belə arzu etsin”.