Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Dağlıq Qarabağ münaqişəsindən danışıb.
M.Çavuşoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn normaları çərçivəsində nizamlanmalıdır.
O, Dağlıq Qarabağ konflikti və digər dondurulmuş münaqişələrin həll olunmamış qaldığını vurğulayıb.