32 saylı
Suraxanı üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Afət
Həsənova Bülbülə qəsəbəsi Bünyadzadə küçəsində seçiciləri ilə növbəti görüşünü
keçirib.
Trend-in məlumatına görə, Afət
Həsənova hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat
yaşayışının həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və
tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada
baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət
yeridilməsindən asılı olduğunu bildirdi. O, Azərbaycanda bu istiqamətdə işlərin
uğurla həyata keçirildiyini, xalq və hakimiyyət birliyinin tərəqqinin təkan
verici qüvvəsi olduğunu vurğuladı. Namizəd Afət Həsənova özü haqqında məlumat
verdi, seçicilərin təklif və problemlərini dinlədi.
Görüşdə çıxış edən seçicilər
Yeni Azərbaycan Partiyasının respublikanın ictimai-siyasi həyatındakı rolunu
yüksək qiymətləndirib, həmin partiyanın namizədi Afət Həsənovaya 9 fevral Milli
Məclisə keçiriləcək seçkilərdə səs verəcəklərini bildirdilər.