Azərbaycan Respublikasının prezidenti İlham Əliyev"Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədriAzay Quliyev bununla bağlı Prezident İlham Əliyevə təşəkkürünü bildirib:
Sabahinfo.az xəbər verir ki, millət vəkili bu barədə Tvitter hesabında yazıb:
"Cənab Prezidentin fərmanı ilə Şuranın əsasnaməsinə edilən dəyişiklər onun fəaliyyətinin təkmilləşdirilməsinə, funksiyanallığının artmasına mühüm töhfədir. Şuranın kollektivi adından cənab Prezidentə verdiyi dəstəyə, göstərdiyi qayğıya görə təşəkkür edirəm".