Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib.
Yarışın Əməliyyat Komitəsindən verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.
Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.
Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq.
apasport.az