Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Məkkədə ümrə ziyarətində olublar.
AzerTac-ın məlumatına görə, prezident və ailəsi xüsusi libas geyinərək Əl-Həram məscidinə gəliblər.
Dövlət başçısı və onu müşayiət edən şəxslər Kəbənin ətrafına dolanıblar, məsciddə namaz qılıblar.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.
Sonra Səfa və Mərvə təpələrinin ziyarəti başlanıb. Prezident və ailə üzvləri bu iki təpə arasındakı məsafəni yeddi dəfə qət ediblər.