Xarici İşlər Nazirliyi ölən səfirlə bağlı başsağlığı verdi

Xarici İşlər Nazirliyi Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Hardijs Baumanisin vəfatı ilə əlaqədar başsağlığı verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə, XİN mərhumun ailə üzvlərinə, yaxınlarına və Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verir: "Səfir Hardijs peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan idi. O, Azərbaycan ilə Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi”.

Allah rəhmət eləsin!