Polad Bülbüloğlu: Dağlıq Qarabağın statusu yoxdur, ən yaxşı halda mədəni muxtariyyət ola bilər

Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı deyib.

O bildirib ki, bu gün Dağlıq Qarabağın statusu yoxdur:

"Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.

Səfir əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.