Prezident Hikmət Hacıyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Hikmət Hacıyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki,Hikmət Fərhad oğlu HacıyevAzərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, Hikmət Hacıyevsentyabr 2014-sentyabr 2018-cil tarixlərində Xarici İşlər Nazirliyində mətbuat katibi postunda çalışıb. Son təyinatadək isəPrezident Administrasiyasının xarici əlaqələr şöbəsində müdir müavini vəzifəsini tuturdu. O, 2018-ci ilin sentyabrında həmin posta aparılmışdı.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin əvvəlki müdiri Novruz Məmmədovun Baş nazir təyin olunmasından sonra həmin vəzifə boş qalırdı.