Türkiyə superliqasının 9-cu turunda derbi matçına - Qalatasaray” - "Fənərbaxça” oyununa baxmağa gələn azarkeşlər Azərbaycanın "Qarabağ” klubuna dəstək nümayiş etdiriblər.
Sabahinfo.az-ın xəbərinə görə, dünən "Türk Telekom” stadionunu dolduran "Qalatasaray” tərəfdarları A4 formatlı kağızlarda "Qarabağ” sözü yazılmış plakat qaldırıblar.
Qeyd edək ki, bu addım Türkiyənin "Sabah” qəzetində "Qarabağ” azarkeşlərinin eyni məzmunlu hərəkətlərinin təhqir olumasına etiraz olaraq atılıb.
"Qalatasaray” - "Fənərbaxça” oyununa gəldikdə, qarşılaşma 0:0 ilə nəticələnib.
9 turdan sonra 23 xalı olan "Qalatasaray” liderliyini qoruyur. "Fənərbaxça” 15 xalla 6-cı yerdədir.(modern.az)