Rusiyadan Azərbaycana dəvət

"Biz Azərbaycanı Rusiyada keçiriləcək "Arms Expo-2015” hərbi-texniki sərgisində iştiraka dəvət edirik. Ümüd edirik ki, Azərbaycan tərəfi bu sərgidə iştirak etmək üçün dəvətimizi qəbul edəcək”.


"RİA Novosti”-nin verdiyi məlumata görə, bu sözləri Bakıda rəsmi səfərdə olan Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.


Lavrov bildirib ki, artıq dəvət Azərbaycan nümayəndələrinə çatdırılıb.


Rusiya Xarici İşlər Nazirliyinin başçısı Bakıda Xəzər flotiliyasının üç gəmisinin avqust səfərinin çox gözəl təşkil edildiyini bildirərək Azərbaycan tərəfinə təşəkkür edib.