Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın dəvətilə aprelin 15-də İrana rəsmi səfəri başlayıb.
Bu haqda Sabahinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində İranın siyasi və hərbi rəhbərliyi ilə keçiriləcək bir sıra görüşlərdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.