Namizəd MSK-nın iclasında Məzahir Pənahovu hədələdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 110 saylı Zaqatala Seçki Dairəsi üzrə namizəd Nurlana Cəlillə MSK sədri Məzahir Pənahov arasında gərginlik yaşanıb.

Oxu.Az-ın xəbərinə görə, Nurlana Cəlil MSK-nın çıxardığı qərara kəskin etiraz edib.

O, MSK sədrinə, katiblərəvə qurumun üzvlərinə bunu bildirib:

"Şəxsən bundan sonra sizlərdən birinin Zaqatalaya ayağı düşsə, qovacağam”.

Qeyd edək ki, MSK-nın qərarı ilə adıçəkilən dairənin iki məntəqəsinin nəticələri etibarsız sayılıb.