"Beşiktaş" və "Antalyaspor" Samuel Eto`onun transferini razılaşdıra bilməyib.
Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, tərəflər 2 gün danışıqlar aparıblar. Son gündə isə Antalya klubunun prezidenti Ali Şafak Öztürk həmkarlarına zəng edib transferin reallaşmayacağını bildirib. Bu qərardan "qara qartallar"ın prezidenti Fikret Orman da narazı qalıb. "Beşiktaş" kamerunlu forvarda görə 1 milyon avro vəÖmer Şişmanoğlunu təklif edibmiş.