"Beşiktaş"la matça "Benfika" ciddi itkilərlə çıxacaq

ÇL qrup mərhələsi çərçivəsində bu gün "Beşiktaş"ı qəbul edəcək "Benfika"da vəziyyət heç də ürəkaçan deyil.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, Lissabon klubunun 5 futbolçusu "Beşiktaş"la matçı buraxacaq. Zədədən əziyyət çəkən Kostas Mitroqlu, Raul Ximenes, Jardel, Jonas və Rafa Silva bu gün meydana çıxa bilməyəcəklər. Sonuncunun son "Arouka" matçında zədələndiyi bildirilir.

Qeyd edək ki, matçın start fiti saat 22:45-də veriləcək.