"Feyenoord"un baş məşqçisi Ciovanni van Bronkxorst "Fənərbağça" ilə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, qələbə seriyasının sona çatmasına toxunan 41 yaşlı çalışdırıcı istənilən oyunu oynamadıqlarını söyləyib: "Hər şeyin sonu var. Bu gün yaxşı oynamadıq, xüsusən orta və ön xətdə istədiyimiz kimi çıxış edə bilmədik. Yalnız son yarım saatda yaxşı oynadıq, epizodlar ələ keçirdik. "Fənərbağça" ikinci qolu da vura bilərdi. Həmişəkindən fərqli olaraq topu özümüzdə saxlaya bilmədik və buna görə də məğlub olduq".
Qeyd edək ki, "Feyenoord" "Fənərbağça"ya 0:1 məğlub olaraq bu mövsüm ilk dəfə meydanı xalsız tərk etdi.