"İnter" Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır.
Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, "Riu Kaya Belek" otelində məskunlaşan "bankirlər" gün ərzində iki dəfə məşq edirlər. Artıq toplanış çərçivəsində Bakı klubunun dördüncü rəqibi də müəyyənləşib. Belə ki, "İnter" yanvarın 15-də Qazaxıstanın "Ordubaşı" komandasıyla qarşılaşacaq. Oyun Bakı vaxtıyla saat 18.00-da baş tutacaq. Daha sonra isə Zaur Svanadzenin komandası 18 yanvarda "Botoşani" (Rumıniya), 19-da "İstiqlol" (Tacikistan), 21-də isə "Orenburq"la (Rusiya) görüşəcək.