İtaliya "İnter"inin yarımmüdafiəçisi Felipe Melo komandasını tərk etmək fikrinə düşüb.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını ölkəsində davam etdirmək qərarına gəlib.
Belə ki, Melo "Palmeyras"ın təklifini müsbət qarşılayıb. Tərəflər arasında ilkin razılığın əldə olunduğu haqda məlumat yayılıb.
Bu keçid reallaşarsa, 33 yaşlı oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq və aylıq məvacibi 85 min avro təşkil edəcək.
"Sao Paulo" və "Valensiya"nın da gündəmində olan Melonun "Palmeyras"a transferinin gerçəkləşməsi üçün yalnız iki klub arasında razılığın əldə edilməsi qalıb.
Qeyd edək ki, "İnter"də əsas heyətə düşməkdə çətinlik çəkən Felipe Melo bu mövsüm 10 oyunda ümumilikdə 499 dəqiqə mübarizə aparıb.