"İnter"in müdafiəçisi Ceyson Murilyo "Zenit" və "Lester"in diqqət mərkəzinə düşüb.
sabahinfo.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hər iki klub 23 yaşlı futbolçuya görə 20 milyon avro xərcləməyə razıdır. Murilyonun isə Milan klubundan getmək barədə düşünmədiyi deyilir.
Bu transfer baş tutsa, "Nerazzuri" PSV-dən Ceffri Brumanı 10 milyon avro qarşılığında heyətə qata bilər. Ötən mövsüm İtaliya çempionatında 34 dəfə meydana çıxan Murilyo 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.