Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunun növbəti oyunları keçirilib. sabahinfo.az saytı xəbər verir ki, bir neçə oyundur məğlub olan "Neftçi" bu dəfə "İnter" klubunu qəbul edib. İlk hissədə azarkeşlər qol görə bilməyib. İkinci hissənin 53-cü dəqiqəsində isə "Neftçi"nin yeni transferi Yohan Pessali hesabı açıb. Oyunun 61-ci dəqiqəsində isə "Neftçi" penaltidən ikinci qolunu vrub. Bu nəticədən sonra "Neftçi" xal ehtiyatını 9-a çatdırıb.