"Neftçi" Şəhidlər Xiyabanında

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 27 il ötür. Apasport.az saytının məlumatına görə, "Neftçi” Futbol Akademiyasının üzvləri Qanlı Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər.

 

Komanda üzvləri Şəhidlər Xiyabanını ziyarət edərək, məzarlar önünə gül qoyublar.