"Neftçi" xorvat futbolçunu bəyənmədi

Antalyada hazırlıq keçən "Neftçi"nin düşərgəsinə baxışa gəlmiş xorvatiyalı hücumçu Damir Vidoviç artıq "ağ-qaralar"ın düşərgəsində deyil.

Sabahinfo.Az goal.az-a istinadən xəbər verir ki, xorvatiyalı hücumçu hazırlıq qarşılaşmalarında məşqçilərin etimadını qazana bilməyib. Futbolçu bir neçə gün baxışda olduqdan sonra paytaxt təmsilçisinin düşərgəsindən göndərilib.