"Qarabağ" "Qəbələ"yə məğlub olub

Bu gün Premyer Liqanın VII turunun son qarşılaşması baş tutub. sabahinfo.az saytı xəbər verir ki, "Qarabağ" "Qəbələ"nin qonağı olub.

"Qəbələ" oyunun əvvəlində üstünlüyü ələ alıb. 11-ci dəqiqədə Filip Ozobiç hesabı açıb. Cəmi 3 dəqiqə sonra Baqali Dabo oyunda ikinci və sonuncu qolu vurub - 2:0.

Beləliklə "Qəbələ" klubu ardıcıl 5 tur qələbə qazanaraq birinci pillədəki yerini möhkəmləndirib.