"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki oyunlarının hakim təyinatları açıqlanıb.
sabahinfo.Az qol.az-a istinadən xəbər verir ki, Salonikidə keçiriləcək PAOK - "Qarabağ" oyunu şotlandiyalı hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Con Beaton olacaq. Ona həmyerliləri Duqlas Potter və Alastar Mazer kömək edəcəklər.
Bakıda keçiriləcək "Qəbələ" - "Sent-Etyen" oyununu isə ispaniyalı hakimlər idarə edəcəklər.
Matçın baş hakimi Karlos Del Kerro Qrande olacaq. Ona Xuan Karlos Ximenes və Roberto Fernandez köməklik edəcəklər.
Qeyd edək ki, oyunlar noyabrın 3-də keçiriləcək. "Qəbələ" - "Sent-Etyen" oyunu saat 22:00-da, PAOK - "Qarabağ" oyunu isə Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.