"Qarabağ"dan erkən qol

Bu gün Topaz Premyer Liqasında IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra birinciliyin ilk matçı "Əlincə Arena"da baş tutacaq.

Son üç mövsümün çempionu "Qarabağ" AZAL-ı qəbul edəcək. Mövsümə yaxşı başlaya bilməyən "təyyarəçilər"i çətin səfər gözləyir. Öz meydanında gedən təmir işləri səbəbindən müvəqqəti olaraq Masazıra sığınan ağdamlılar turu itkisiz başa vurmağı hədəfləyir.

Ardıcıl 3-cü qələbəsini qazanmağa çalışacaq Qurban Qurbanovun qol seriyasını davam etdirmək əzmindədi. Belə ki, "ağ-göylər" 20 matçdı meydanı qol vurmadan tərk etmir. "Təyyarəçilər" isə 7 oyunluq qələbə həsrətinə son qoymaqla liderin dəyişməsinə səbəb ola bilər.

Mövqeyini qorumaq üçün qalib gəlməli olan liderin büdrəməsindən ertəsi gün meydana çıxacaq "Qəbələ" də yararlana bilər.

Topaz Premyer Liqası

IV tur

9 sentyabr (cümə)

"Qarabağ" - AZAL - 1:0

Qol: Reynaldo, 2
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, İsgəndər Əliyev, Vüqar Bayramov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov 
"Əlincə Arena", Masazır

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Madera, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 11. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov

AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 18. Ruslan Əmircanov, 10. Nuqzar Kvirtiya, 19. Elnur Süleymanov, 21. David Canelidze

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 95. Şirməmməd Məmmədov, 77. Adan Koronado, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur, 15. Brayn Fok, 5. Kamil Hüseynov 
Baş məşqçi: Tərlan Əhmədov

1.

Qarabağ

3

2

0

1

6-2

6

2.

Zirə

3

2

0

1

4-2

6

3.

İnter

3

1

2

0

4-3

5

4.

Qəbələ

2

1

1

0

2-0

4

5.

Sumqayıt

2

1

0

1

1-2

3

6.

Neftçi

3

1

0

2

2-4

3

7.

Kəpəz

3

0

2

1

2-4

2

8.

AZAL

3

0

1

2

1-5

1

Bombardir: Ruslan Abışov ("İnter") - 3 qol