Azərbaycan Premyer Liqasının ikinci dövrəsini II pillədə başa çatdıran "Qəbələ" klubu müqaviləsi yanvarda bitəcək futbolçularla danışıqlara başlayıb.
sabahinfo.Az apasport.az-a istinadən xəbər verir ki, bunlar Dmitri Bezotosnı və Vojislav Stankoviçdir.
Baş məşqçi Roman Qriqorçuk hər iki oyunçunun bundan sonra da ona lazım olduğunu bildirərək, müqavilələrinin yenilənməsini istəyib.
Rəhbərlik həm ukraynalı qapıçı, həm də serbiyalı müdafiəçi ilə dərhal danışıqlara start verərək, onlara əməkdaşlığı davam etdirmək təklifi edib. Həm Bezotosnı, həm də Stankoviçin 2-3 gün ərzində "qırmızı-qaralar"la yeni müqaviləyə qol çəkəcəyi bildirilir.
Qeyd edək ki, Bezotosnı cari mövsümdə ümumilikdə 29, Stankoviç isə 26 oyunda meydana çıxıb.